“Shell” Ukraynada işləməkdən imtina edib

“Shell” Ukraynada işləməkdən imtina edib
23:27 18 İyun 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın ekologiya və təbii sərvətlər naziri İqor Şevçenko təsdiq edib ki, "Royal Dutch Shell" şirkəti Ukraynada şist qazının çıxarılması layihəsindən imtina edir. AZƏRTAC UKRİNFORM-a istinadla xəbər verir ki, nazir bu sözləri Nazirlər Kabinetində keçirilmiş brifinqdə söyləyib.

İ.Şevçenko deyib: "Bu yaxınlarda "Shell" şist qazı çıxarılması barədə müqavilədən imtina etmək istədiyini bildirib. Şirkət bu addımı iqtisadi səbəblərə görə, dünyada qazın və neftin qiymətləri aşağı düşdüyünə görə atıb".

Eyni zamanda o, qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi indi yerin təkinin işlənilməsi və şist qazının çıxarılması barədə başqa xarici şirkətlərlə danışıqlar aparır.

Xatırladırıq ki, bundan əvvəl Ukrayna KİV-lərində verilmiş xəbərə görə, "Royal Dutch Shell" əməkdaşların təhlükəsizliyi üçün narahat olduğuna görə Ukraynanın şərqində şist qazı yataqlarının kəşfiyyatını dayandırıb və layihədən çıxır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/351298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR