MERS-dən ölənlərin sayı 24-ə çatdı

MERS-dən ölənlərin sayı 24-ə çatdı
06:14 19 İyun 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Сənubi Koreyada MERS (Yaxın Şərq Respirator Sindromu) koronovirusundan ölənlərin sayı 24-ə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölümcül xəstəliyə yoluxanların sayı 166 nəfərə qədər artıb.

 

MERS daşıyıcıları ilə təmasda olan 6 700 nəfər karantin altında saxlanılır.

 

Bildirilir  ki, zəifləmiş immun sistemi, xroniki ağciyər xəstəlikləri, şəkərli diabet və böyrək çatışmazlığı olan insanlar arasında xəstəliyə tutulma riski daha çoxdur.

 

Qeyd edək ki, bir çox həkimlərin Ebola virusundan da təhlükəli hesab etdiyi MERS koronovirusuna qarşı vaksin yoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR