AZAL və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

AZAL və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər
09:52 19 İyun 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər.

Fonddan Trend-in verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan mülki aviasiyasının inkişaf mərhələlərinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Müsabiqənin mövzusu "Azərbaycan mülki aviasiyası: keçmişi, bu günü və gələcəyi"dir.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər:

1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.

4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)

Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Yazıların qəbulu qaydaları:

1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) - 1 nüsxə
2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə
4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),

Tələb olunan sənədlər:

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)
3. Şəxsiyyət vəsiqəsinin surəti,
4. Şəxsi VÖEN-nin surəti,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması bank tərəfindən təsdiqlənməlidir).

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 19 iyun 2015-ci il tarixdən başlayır, 15 iyul 2015-ci il tarixdə başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə:
I yer üçün bir;
II yer üçün iki;
III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.

I yer - 1000 manat;
II yer - 800 manat;
III yer - 600 manat.

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcəkdir.

Qaliblər, həmçinin "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR