Azərbaycan parlamentinin 2015-ci ildə ilk iclasının gündəliyi açıqlanıb

12:52 21 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 12:50 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin 2015-ci ildə ilk iclasının gündəliyi açıqlanıb.

Milli Məclisdən APA-ya verilən məlumata görə, yaz sessiyasının fevralın 2-də keçiriləcək iclasının gündəliyinə 11 məsələ daxildir.

 

İclasda ilin başlanğıcı ilə əlaqədar olaraq parlamentin hesablayıcı və intizam komissiyalarının yenidən təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, o cümlədən “Yol hərəkəti haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və digər qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR