Mini futbol turnirinin qalibləri məlum olub

Mini futbol turnirinin qalibləri məlum olub
10:43 19 İyun 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağstafa, 19 iyun, AZƏRTAC
Ağstafa Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunan həvəskarlar arasında mini futbol üzrə rayon çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, iyunun 12-dən start götürən çempionatda 8 komanda iştirak edib. İyunun 18-də final mərhələsində “Bakı-2015” komandası ilə “Əriklik” komandası qarşılaşıb. “Bakı-2015” çempionatın qalibi olub.
Qalib komandalar Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının və rayon gənclər və idman idarəsinin təsis etdiyi diplom və kubokla təltif olunublar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mini_futbol_turnirinin_qalibleri_melum_olub-865165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR