Türkiyəli idmançı: “Azərbaycanda çempion olmaq çox sevindiricidir”

Türkiyəli idmançı: “Azərbaycanda çempion olmaq çox sevindiricidir”
10:52 19 İyun 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 10:49 ]

Bakı. Məlahət Nəcəfova-APA. Sərbəst güləş üzrə 125 kq çəki dərəcəsində I Avropa Oyunların qalibi olan türkiyəli idmançı Taha Akgül qazandığı uğurla bağlı fanatik.com.tr saytına təəssüratlarını bölüşüb.

APA-nın məlumatına görə, dünya və Avropa çempionu Taha Akgül güləşin çox populyar olduğu Azərbaycanda çempion olmağın çox sevindirici olduğunu dilə gətirib: “Ölkəmizin bayrağını son gündə dalğalandırdım. Azərbaycanlı qardaşlarımızla birlikdə İstiqlal Marşını oxumaq digər yarışlardan daha önəmli idi. İndi əsas məqsədim olimpiya çempionu olmaqdır”. 


Qeyd edək ki, Taha Akgül I Avropa Oyunlarındakı qələbə sevincini Azərbaycan və Türkiyə bayraqlarını birgə dalğalandırmaqla yaşayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR