Serbiya Olimpiya Komitəsi: “I Avropa Oyunlarının açılış mərasimi çox dərəcə gözəl idi”

13:28 19 İyun 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Səba Ağayeva/

Bakıda I Avropa Oyunlarının açılış mərasimi son dərəcə gözəl idi. Bu barədə Trend-ə Serbiya Olimpiya Komitəsinin vitse-prezidenti Jarko Paspal deyib.

O, I Avropa Oyunlarının açılış mərasimindən həzz aldığını bildirib: “Əminəm ki, idmançılar da həzz alıb. Açılış mərasimi özündə Azərbaycan mədəniyyəti və adətlərini birləşdirirdi. Digər tərəfdən, mərasim əyani şəkildə Azərbaycanın müasir Avropadakı yerini göstərdi”.

J.Paspal qeyd edib ki, Azərbaycan və I Avropa Oyunları Təşkilat Komitəsi böyük bir işin öhdəsindən gəlib: “Atletlər kəndi və bütün idman arenaları mükəmməl inşa edilib. İdmançıların Oyunlarda yüksək nəticə göstərmələri üçün gözəl şərait yaradılıb. Təşkilat Komitəsində əvvəlki Olimpiya Oyunlarında təcrübə qazanmış peşəkarlar çalışır. Artıq deyə bilərik ki, I Avropa Oyunları uğurla keçir”.

O həmçinin bildirib ki, Serbiyanı I Avropa Oyunlarında 132 idmançı təmsil edir: “Çox güclü komandamız var. İdmançılarımız 5 qızıl və 3 gümüş olmaqla, 8 medal qazanıb. Qarşıda bizi baydarka və kanoedə avarçəkmə, kamandan oxatma, taekvondo yarışları gözləyir. İdmançılarımızın yaxşı çıxış edəcəyinə ümid edirik”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı