"Bakı 2015" Avropa Oyunları çərçivəsində ötən gün Heydər Əliyev Sarayında “Gəncləşən muğam” adlı konsert proqramı keçirilib.
Axşam.az-ın məlumatına görə, xalq artıstı Mənsum İbrahimov və tələbələri maraqlı proqramı ilə çıxış ediblər.
Konsertdə “Sarı gəlin"i oxuyan xanəndə Vüsalə Rəcova repertuarın təsadüfən seçilmədiyini diqqətə çatdırıb.
"Avropa Oyunları ilə bağlı ölkəmizdə turistlər çoxdur. Buna görə də həmin mahnını seçdim" deyə, ifaçı bildirib.
Repertuarına uygun milli geyimdə səhnəyə çıxan V.Rəcova yaxın aylarda bu təqdimatı xarici səhnələrdən bir neçəsində edəcəyini söyləyib.
Qeyd edək ki, “Gəncləşən muğam” layihəsində Mənsum İbrahimovun yetirmələrindən Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Hüseyn Məlikov, Günay İmamverdiyeva və başqaları çıxış edib.