Bakı – APA. “ABŞ Rusiya ilə ünsiyyətin bərpası üçün yollar axtarmağa başlayır”.
APA-nın məlumatına görə, bunu “RBC” telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
O bildirib ki, ölkəsi bunun əleyhinə çıxmayacaq.
“Ünsiyyət kanallarını onlar bağlayıblar, indi isə yavaş-yavaş bu kanalların bərpası üçün imkanlar axtarırlar. Biz buna qarşılıq verəcəyik. Əgər onlar ünsiyyət kanallarının açılmasını təklif etsələr, cavabımız müsbət olacaq”, - deyə o vurğulayıb.