Bakka "Sevilya"nı tərk etməyəcək

Uzun müddətdir ki, "Sevilya"nın forvardı Karlos Bakkanın adı Avropanın müxtəlif komandalarıyla birgə hallanır.

Ancaq deyəsən kolumbiyalının transferi baş tutmayacaq. Metbuat.az-ın xəbərinə görə, "Sevilya"nın idman direktoru Ramon Rodriqes Bakkanın komandada qalacağından əmin olduğunu bildirib:

"Əgər kimsə onun müqaviləsində qeyd olunan sərbəst qalma məbləğini ödəməyə razılıq versə, bizlik bir şey qalmayacaq. Ancaq şəxsən mən əminən ki, Bakka heç yerə getməyəcək. Biz onu buraxmaq istəmirik. Şəxsi danışıqlar zamanı isə o, komandada xoşbəxt olduğunu bildirib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR