x
Loading...

Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu cütlüyü “Bakı-2015”-in onaltıdabir final mərhələsinə yüksəlib

Azərbaycanın kişilərdən ibarət çimərlik voleybolu cütlüyü “Bakı-2015”-in onaltıdabir final mərhələsinə yüksəlib
22:38 19 İyun 2015
144 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 19 iyun, N.HƏSƏNOV, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarında kişilər və qadınlar arasında çimərlik voleybolu üzrə yarışlar davam edir.
İyunun 19-da qadınların yarışlarında yarımfinalçılar müəyyənləşib. Belə ki, qızıl medala gedən yolda İsveçrəni təmsil edən Nikola Eyholzer – Nina Betşart cütlüyü italiyalı Laura Qiombini – Julia Toti dueti ilə üz-üzə gələcək. Litvalı voleybolçular Yeva Dumbauskaite – Monika Povilaitite dueti isə avstriyalı Lena Mariya Plesiutşniq – Katarina Şutzenhofer cütlüyü ilə qarşılaşacaq.
Kişilərin yarışında isə Azərbaycan cütlüyü onaltıdabir finala vəsiqə qazanıb. Neilton Santos – Yaroslav Rudıx dueti ukraynalı Aleksey Denin – Oleq Plotnitskiyə 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.


















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_kisilerden_ibaret_chimerlik_voleybolu_cutluyu_Baki_2015_in_onaltidabir_final_merhelesine_yukselib-865485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR