Birinci Avropa Oyunlarında ölkəmizi təmsil edən və medal qazanan idmançılardan bir neçəsi Müdafiə Nazirliyini təmsil edir.
ANS TV-nin məlumatına görə, vətənimzin keşiyini çəkən gənclərimiz həm də Avropa Oyunlarında bayrağımızı dağalandırmaq şərəfinə nail olublar. Mərkəzi Ordu İdman Klubu bu yarışlarda məşqçi, hakim heyəti ilə yanaşı gənc və mübariz idmançılarla təmsil etmək şərəfinə nail olub. Bir qızıl və bir bürünc medalı ilə klubun uğuru kimi saymaq olar.
“Sərbəst güləş üzrə yarışlara 3 nəfər əsgər heyəti qatılıb. Üzgüçülük yarışlarında isə gənc idmançılarımız iştirak edib. Bu onlar üçün təcrübə baxımından bir şans idi”, – deyə MOİK-nin rəisi Yaşar Əliyev bildirib.
Güləş millimizin üzvi Toğrul Əsgərov bu yarışı onun idman həyatı üçün böyük önəm kəsb etdiyini deyir. Qazandığı qızıl medal isə, onun çəkisinində lider olduğunun sübutudur:
“Təcrübəli idmançının həyatında uğursuz aylar və illər olur. Eyni zamanda peşakar idmanda zədəsiz ötüşmək mümkün olmur. Yarışdan öncə mən həm dizimdən, həm də mədəmdən əməliyyat olundum. Bu cür əməlliyatlardan sonra 6 aydan 1 ilə qədər idmandan kənar qalmalı idim. Buna baxmayarq ozümə söz vermişdim ki, özümü sübut etməliyəm. Şükürlər olsun ki, buna nail oldum”.
Qızılın bir addımlığında büdrəyən Hacı Əliyev isə qrup oyunlarında güclü rəqiblərlə qarşılaşaraq, xeyli güc sərf etdini deyir. Amma zədə problemi də onun zəfərinə mane olub:
“Ən yadda qalan görüşüm erməni idmançısı ilə oldu. Birinci Avropa Oyunlarda erməni idmançısı ilə görüşüb ona qalib gəlməyim mənim üçün bir şərəf idi”.
Əsgər güləşçilərimizi isə qarşıda iki ağır sınaq gözləyir. Yaxın 3-4 ay ərzində onlar həm dünya kübokunda, həm də hərbçilər arasında dünya çempionatına döşək üzərinə çıxacaq.
Vətən torpaqların qoruyan idmançılarımız, arenalarda bayrağımızı ucaldıb himnimizi səsləndirməyə həm borcludur, həm də bacarmalıdırlar. Çünki onlar mübariz xalqın igid oğullarıdır.