Azərbaycan, Bakı, 20 iyun /Trend/
Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilir.
Trend-in məlumatına görə, idman gimnastikasında qadınlar arasında gimnastika tiri üzərində hərəkətlərin final yarışması başa çatıb.
Bu növ üzrə qızıl medalı Niderland gimnastı Like Vevers qazanıb. O, 14.200 bal toplayıb.
Gümüş medalı rumıniyalı gimnast Andrea İridon, bürünc medalı isə İsveçrə idmançısı Culii Ştaynqruber qazanıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az