Türkiyədə yeni hökumətin qurulmasına parlament sədri seçiləndən sonra başlanılacaq

22:43 20 İyun 2015
80 Dünya
Ölkə mətbuatı
A- A+


İstanbul, 20 iyun, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədə yeni hökumətin qurulmasına Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi başa çatandan sonra baxılacaq.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) iyunun 23-də yeni tərkiblə ilk iclasını keçirəcək. Türkiyə qanunlarına görə, parlamentin ilk iclası Cümhuriyyət Xalq Partiyasından olan ən yaşlı deputat Dəniz Baykalın sədrliyi ilə baş tutacaq. Parlamentin birinci iclasında Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizədlər irəli sürüləcək.
TBMM-ə sədr seçkisi ilə bağlı birinci səsvermə iyunun 28-də keçiriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiyede_yeni_hokumetin_qurulmasina_parlament_sedri_sechilenden_sonra_baslanilacaq-865770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR