Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Azad Həsənli/
Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 10-cu günü başlayıb.
Trend-in məlumatına görə, bu gün kamandan oxatma, çimərlik voleybolu, boks, şose velosipedi, suya tullanma, bədii və akrobatik gimnastikası, aerobika, atıcılıq, voleybol, atletika, batutda tullanma və su polosu üzrə yarışlar keçiriləcək.
Oyunların 10-cu günü çərçivəsində 24 dəst medal oynanılacaq: 1-i kamandan oxatma, 1-i çimərlik voleybolu, 1-i şose velosipedi, 2-si suya tullanma, 4-ü akrobatik gimnastika, 2-si aerobika, 6-sı bədii gimnastika, 3-ü atıcılıq, 4-ü batutda tullanmada.
Azərbaycan idmançıları gün ərzində kamandan oxatma, boks, bədii və akrobatik gimnastikası, aerobika, atıcılıq, voleybol, şose velosipedi, suya tullanma və batutda tullanma yarışlarında qüvvələrini sınayacaqlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az