x
Loading...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradıldı
09:03 21 İyun 2015
287 Sosial
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Nazirlər Kabineti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması haqqında qərar verib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların kompleks şəkildə tibbi, sosial reabilitasiyasının aparılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılsın.

Heydər Əliyev Fondu ilə “Uralsib” Maliyyə Korporasiyası tərəfindən birlikdə həyata keçirilmiş layihə çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, Abbas Fətullayev küçəsi, 29A ünvanında 0,1092 ha torpaq sahəsində inşa edilmiş Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Reabilitasiya Müəssisəsinin binası, avadanlıqları, digər əsas vəsaitləri və mal-materiallarıAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılan Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin balansına verilsin.

Müəyyən edilsin ki, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin saxlanılması üçün tələb olunan xərclər Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

Qərarda göstərilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir ay müddətində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin Nizamnaməsini təsdiq etməlidir. Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu qərarın 2-ci hissəsindən irəli gələn məsələləri həll etməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2408880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR