Boksçumuz Pərviz Heydərov 1/4 finala yüksəlib

Boksçumuz Pərviz Heydərov 1/4 finala yüksəlib
15:17 21 İyun 2015
110 İdman
Ölkə mətbuatı
A- A+

[ 21 İyun 2015 15:14 ]

Bakı - APA. "Bakı-2015" I Avropa Oyunlarının boks yarışlarında Azərbaycanı təmsil edən Pərviz Bağırov (69 kq) 1/4 finala yüksəlib.

Apasport.az saytının məlumatına görə, mübarizəyə bu gündən qoşulan Pərviz Bağırov 1/8 finalda əvvəlki döyüşündə Anas Messaudini məğlub edən moldovalı Vasili Belusla qarşılaşıb.

 

21 yaşlı boksçumuz debütdəcə yarışa yaxşı hazırlaşdığını nümayiş etdirib. Avropa çempionumuz "London-2012"nin iştirakçısı olmuş rəqibinə çətin anlar yaşadaraq, hər 3 raundu xeyrinə bitirib – 3:0 (30:27; 20:27; 30:27).

 

P. Bağırov 1/4 finalda Abass Baraou (Almaniya) ilə döyüşəcək. Görüş iyunun 23-də saat 21:15-də baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR