Simon Kayeri transfer edən və Luiş Naninin keçidini həll etmək üzrə olan "Fənərbağça" daha bir hücumçuya göz dikib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "sarı lacivərdlilər" Fernando Lyorenteni heyətə qatmağa çalışır. "Fənərbağça"nın Robin van Persi və Luis Adriano ilə maraqlandığı da deyilir.
Qeyd edək ki, Lyorentenin "Yuventus"la müqaviləsi 2017-ci ilin yayında başa çatır.
Milli.Az