[ 22 İyun 2015 09:22 ]
Bakı - APA. Bakının Yasamal rayonunda sahibləri məlum olmayan, bir-birinə bitişik tikilmiş ümumi sahəsi 30 kv.m olan vaqon tipli çayxananın yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m olan avtoyuma sexinin içərisində olan müxtəlif avadanlıqlar 3 kv.m sahədə və ümumi sahəsi 18 kv.m olan dərzi sexinin tavanı 10 kv.m sahədə yanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tikililərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.