Azərbaycanlı ifaçı beynəlxalq mahnı müsabiqəsində ikinci yeri tutub

13:33 22 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 iyun, AZƏRTAC
Faşizm üzərində qələbənin 70, Sovet İttifaqı Qəhrəmanı Aliyə Maldequlovanın isə anadan olmasının 90 illiyi münasibətilə qəhrəmanın vətəni Qazaxıstanın Aktübe şəhərində silsilə xatirə tədbirləri keçirilib.
Bu tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov da iştirak edib.
Üzeyir Hacıbəylinin ev muzeyindən AZƏRTAC-a bildirilib ki, silsilə tədbirlər sırasında qəhrəmanın abidəsini ziyarət, Rusiya və Qazaxıstanın uşaq kollektivlərinin festivalı, rəsm sərgisi, Aliyə Maldequlovanın doğulduğu Bulaq kənd stadionunda 200-dən artıq iştirakçının təqdim etdiyi tamaşa və Sərdar Fərəcovun da münsif olduğu beynəlxalq mahnı müsabiqəsi yer alıb.
İki turdan ibarət bu müsabiqədə iştirak edən həmyerlimiz, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, müğənni Fəxri Kazım Nicat uğurla çıxış edərək ikinci yerin qalibi olub. Həmyerlimizə diplom və pul mükafatı təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_ifachi_beynelxalq_mahni_musabiqesinde_ikinci_yeri_tutub-866001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR