[ 23 İyun 2015 15:27 ]



Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şamaxıda vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 3-ü saat 10-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcək.


Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.