AMEA yeni vəzifələrinin icrasına başladı

AMEA yeni vəzifələrinin icrasına başladı
19:05 21 Yanvar 2015
84 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni Nizamnaməsindən irəli gələn vəzifələrin icrasına başlanılıb.
 
Akademiyadan Trend-ə verilən məlumata görə, Rəyasət Heyətinin iclasında ölkə rəhbərinin “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 11 dekabr 2014-cü il tarixli fərmanından danışan akademik Akif Əlizadə bildirib ki, yeni Nizamnamədə AMEA-nın fəaliyyətinin dövrün tələblərinə uyğun təşkilini, elmi nailiyyətləri təcrübədə tətbiq etmək yolu ilə gəlir gətirən təsərrüfat subyekt­ləri yaratmağı, beynəlxalq əlaqələrin genişləndirilməsini, əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən və digər əhəmiyyətli məsələlərin həllini nəzərdə tutan əsaslı müddəalar öz əksini tapıb.
 
Qeyd olunub ki, sənədin AMEA-nın Nizamnamə Komissiyası tərəfindən bütün struktur bölmələrin fəaliyyətinə tətbiq edilməsi məqsədilə Rəyasət Heyəti aparatının idarə və şöbələri, elmi bölmələri, regional elmi bölmə və mərkəzləri, elmi müəssisə və təşkilatlarında seminar məşğələlərin keçirilməsi, həmçinin Nizamnamə və Əsasnamələrinin yeni Nizamnaməyə uyğun dəyişdirilməsi nəzərdə tutulur.
 
İclasda Akademiyanın bayrağının təsviri və istifadəsi qaydalarının “Azərbaycan Milli Elmlər Akademiyasının bayrağı haqqında Əsasnamə” ilə müəyyən edilməsi, Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin iki müstəqil bölməyə ayrılması və sözügedən bölmələrin hər birinin konsepsiya və əsasnamələrinin hazırlanaraq təsdiq edilməsinin qanunauyğun hesab edilməsi Nizamnamədən irəli gələn vəzifələrin icrası ilə bağlı həyata keçiriləcək növbəti tədbirlər kimi müəyyənləşdirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR