Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycanın energetika naziri Natiq Əliyev AGRİ (Azərbaycan, Gürcüstan, Rumıniya İnterconnector) layihəsi ətrafında müzakirələr üçün nəzərdə tutulan nazirliklərarası görüşdə iştirak etmək məqsədilə Rumıniyada səfərdədir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə AGRİ layihəsi, Azərbaycanla Rumıniya arasında enerji əməkdaşlığına dair məsələlərin müzakirəsi planlaşdırılır.