I Avropa Oyunlarında iştirak etmək istənilən idmançı üçün fantastik təcrübədir.

Bunu Trend-ə estoniyalı badmintoçu Kati Tolmoff deyib.

Onun sözlərinə əsasən, Oyunlar badmintonun inkişafı üçün önəmlidir: "Badmintonun Oyunların proqramına daxil edilməsi onun Avropa və dünyada inkişafı üçün vacibdir".

İdmançı qeyd edib ki, Azərbaycana ilk dəfədir gəlir: "Bakı çox xoşuma gəldi. Atletlər kəndində idmançılar üçün yaxşı şərait yaradılıb".

Milli.Az