Ən məşhur "toppuş" modellərdən biri, "plus size" tipajlı amerikalı Tessi Holidey geyim istehsalçılarının daha bir yalanını faş edib.
Milli.Az Huffington Post-a istinadən bildirir ki, 29 yaşlı Tessi İnstagram-da qarderobundakı geyimlərin fotolarını paylaşaraq yazıb: "Bu paltarlardakı yarlıqlapra diqqətlə baxın. Eyni paltarda bir neçə ölçü göstərilir. Onlar bizi ələ salırlar?!"
Tessi Holidey İnstagram-da 2013-cü ildə bikinidə fotolarını yayaraq #effyourbeautystandards" heşteqindən istifadə etmişdi. Onun profilinin artıq 750 mindən artıq daimi təqibçisi var.
Tessi qadınlara çəkilərindən və vücudlarından əsla utanmamağı məsləhət görür.
Milli.Az








