"Birinci döyüşdən sonuncu döyüşə qədər yaxşı döyüşdüm. Məşqçilərim bunu dedilər mənə. Ən çətin döyüşüm bolqar boksçu ilə oldu. Bu qızıl idman karyeramda ən yüksək nəticəmdir".

Trend-in məlumatına görə, bunu jurnalistlərə birinci Avropa Oyunlarında qızıl medal qazanan boksçumuz Elvin Məmişzadə deyib.

O bildirib ki, ilk Avropa Oyunlarında qızıl medal almaq böyük şərəfdir: "Hədəfim dünya çempionatında medal qazanıb Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır".

Milli.Az