Bakı, 27 iyun, AZƏRTAC
H.Sarabski adına Mədəniyyət evi və Nəsimi rayon Mərkəzləşmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə " Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var!" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “N” saylı hərbi hissənin əsgər və zabit heyətinin iştirak etdiyi tədbirdə hərbi hissənin alay komandirinin təlim-tərbiyə işləri üzrə müavini, polkovnik-leytenant Adil Abdullayev Azərbaycan ordusunun yaranmasının şanlı tarixin haqqında məlumat verib.
Bildirilib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə 26 iyun - Silahlı Qüvvələr günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Vurğuladı ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü nizami ordu qurulub, Silahlı Qüvvələr müasir texnika və silahlarla təchiz olunub və bölgənin ən güclü ordusuna çevrilib. Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır.
Tədbirdə xalq artisti Səməd Səmədov, “Nur” qrupu, Mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin üzvlərinin ifasında geniş konsert proqramı təqdim olunub. Bayram konsertində vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, qiraət ustalarının ifasında qəhrəmanlıq mövzusunda şeirlər oxunub.