London, 27 iyun, AZƏRTAC
İrlandiyada nəşr edilən “Irish Mirror” qəzeti birinci Avropa Oyunlarında irlandiyalı atletlərin uğurları haqqında məqalələr yazmaqda davam edir.
“Bakı-2015”də iştirak edən beşqat dünya çempionu, irlandiyalı boksçu Keti Teylorun qələbələri haqqında dərc edilən məqalədə dünya şöhrətli atletin idmana olan həvəsi və Oyunlarda qarşıya qoyduğu məqsədlər haqqında məlumat verilir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London