1842-ci ildə maarifçi-pedaqoq Həsən Bəy Zərdabi anadan olub.
Milli.Az anspress-ə istinadəb bugünkü tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Bu günün namaz vaxtları
Fəcr - 04.42
Günəş - 06.12
Zöhr - 13.47
Əsr - 18.27
Məğrib - 21.31
İşa - 23.19
1842-ci ildə maarifçi-pedaqoq Həsən Bəy Zərdabi anadan olub
1914-cü ildə aktrisa Barat Şəkinskaya anadan olub
1914-cü ildə Qavrilo Prinsip Avstriya taxt tacının varisi Frans Ferdinandı Sarayevoda öldürüb
1926-cı ildə dövlət xadimi, 1970-78-ci illərdə azərbaycan SSRİ-in daxili işlər naziri olmuş Arif Heydərov anadan olub
1945-ci ildə Türkiyənin tanınmış aktrisası, "Şərqin Elizabet Teyloru" adlandırılan Türkan Şoray dünyaya gəlib
1967-ci ildə İsrail Şərqi Qüdsü işğal edib
1996 - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul edib. Azərbaycan parlamenti Avropa Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün quruma 1992-ci ilin yanvarında müraciət etmişdi.
1997-ci ildə məşhur boksçu Mayk Tayson rinqdə Holifildin qulağını dişləyib
2000 - AŞPA-nın yay sessiyasında Azərbaycanın Avropa Şurasına üzvlüyü barədə tövsiyə qərarı qəbul edilib. AŞPA Siyasi Komitəsinin Azərbaycan üzrə məruzəçi Cak Bomelin (Fransa) hesabatı üzrə keçirilmiş səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər bitərəf olmaqla Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Milli.Az