Aksiyanın təşkilatçısı Kiril Kolyasin və onun yoldaşları bu yolla Rusiya hakimiyyətinin xarici siyasətini dəstəklədiklərini göstərmək istəyib. O, bu ideyanın onda hələ keçən il - ilk dəfə sanksiyalar tətbiq edilən vaxt yarandığını deyib. "Amma onu yalnız indi həyata keçirmək mümkün olub". Onlar həm də bununla göstərmək istəyiblər ki, "tək hakimiyyət deyil, ölkə vətəndaşları da sanksiyalardan narazıdırlar".

Amma, görünür, bu yolla narazılıqlarını bildirmək onlara baha başa gəlib. Çünki həmin tualet kağızı rulonlarının bir cütünü 990 rubla (təxminən 19 manat) satırlar. Artıq bu kağızların bir neçəsi bəzi Qərb ölkələri səfirliklərinə də göndərilib. Yalnız ABŞ, Almaniya və İngiltərə səfirliklərinə həmin kağızlar pulsuz göndərilib.
