Bakıda məşhur cibgir tutuldu

Bakıda məşhur cibgir tutuldu
12:24 22 Yanvar 2015
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda cibgirlikdə məşğul olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Nizami RPİ Cinayət Axtarış Şöbəsi və 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1966-cı il təvəllüdlü Elçin Novruzovdan 0,383 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, E.Novruzov yanvarın 21-də saat 13 radələrində, Naxçıvanski küçəsi 48-də yerləşən bazarda Bakı şəhər sakinləri - Gülbadam Sadıqovanın və Fəridə Günəşovanın mobil telefonlarını gizli yolla talayaraq vətəndaşlara qarşı oğurluq əməlləri törədib.

 

Qeyd edək ki, həbs edilən E.Novruzov Bakıda ad çıxarmış cibgirlərdən olub. O, daha əvvəl oxşar əməllərə görə 4 dəfə həbs həyatı yaşayıb.

 

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR