"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, şirkət əsasən Keniya, Nigeriya və CAR-da iş görəcək. Ofis, həmçinin Seneqal, Kot-d’İvuar, Qana, Tanzaniya, Uqanda, Zambiya, Mozambik və Efiopiyada istifadəçi və elan verənlərlə işləyəcək. Mobil reklam sahəsində elan verənlərlə “Facebook”un münasibətlərinin möhkəmləndirilməsi başlıca istiqamət olacaq. Bu, Afrika ölkələri üçün ən uyğun formatdır, orada “Facebook” istifadəçilərinin 80 faizi sosial şəbəkəyə mobil qurğulardan daxil olur.
2015-ci ildə Afrika ölkələrindən “Facebook” istifadəçilərinin sayı 120 milyon təşkil edib. 2014-cü ilin sentyabrında bu göstərici 20 milyon olub.
Emil Hüseynov