Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Yunanıstana maliyyə yardımı etmək üçün Baş nazir Əhməd Davudoğlunun təlimatlarını gözləyir.

Trend-in “Kanal7” telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.

O bildirib ki, Türkiyənin Yunanıstana maliyyə yardımı etmək üçün bütün imkanları var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az