Bakı, 2 iyul, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən bu ilin 6 ayında təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə texniki baxış keçirilərək 245 akt tərtib edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, texniki baxış zamanı 108 DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 48-i möhürlənib, 35-i qeydiyyata salınıb, 7-si silinib və 18 REV-in qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər olunub.