Avtobuslarımız uçacaq (VİDEO)

Avtobuslarımız uçacaq (VİDEO)
17:56 22 Yanvar 2015
199 Sosial
Ölkə mətbuatı
A- A+

Qayda pozan avtobusların sonuncu dayanacaqda cərimələnməsi təklif olunur.

ANS TV-nin məlumatına görə, şəhərlər arasında və eləcə də rayonlar arsında hərəkət edən və qayda pozan avtobus sürücüləri barəsində sonuncu dayanacaqda məsuliyyətə cəlb olunacaq. Məqsəd ləngimələrin qarşısının alınmasıdır.

Təklif Milli Məclis tərəfindən irəli sürülüb. Təkcə şəhər daxili və yaxud rayon daxili sərnişin avtobusları deyil, firma və şirkət maşınları qayda pozuntusuna görə barələrində dərhal yerindəcə yox, sonuncu dayanacaqda inzibati tədbir görülməsi nəzərdə tutulur. Bununla əlaqədar Milli Məclis tərəfindən Yol Hərəkəti haqqında qanuna əlavə edilməsi təklif olunub.

“Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda, ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda tərtib edir”.

Millət vəkili Çingiz Qənizadə qaydanı pozan sürücüyə əvvəlcə hansı qaydanı pozduğu haqqında məlumat veriləcəyini deyir. Onun sözlərinə görə, bu avtobusların yollarda ləniməməsi üçündür. Protokol isə sürücüyə inzibatı qaydad da axrıncı dayanacaqda tərtib ediləcək.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənovda belə bir təklifin qəbul olunmasını müsbət amil kimi qiymətləndirdi. O bildirdi ki, indi qayda pozan sürücü qayda pozduğu yerdə cərimələnir. Bu isə sərnişinlərin getmək istədikləri ünvana vaxtında çatmalarına əngəl olur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 2-də müzakirəyə çıxarılacaq.

Mənbə
ANS TV, Hürü Əliyeva


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR