Mineralnıye Vodı şəhərində erməni millətindən olan yerli sakin xüsusi təyinatlı hərbi qulluqçunu qətlə yetirib

Mineralnıye Vodı şəhərində erməni millətindən olan yerli sakin xüsusi təyinatlı hərbi qulluqçunu qətlə yetirib
20:18 22 Yanvar 2015
193 Dünya
Ölkə mətbuatı
A- A+


Moskva, 22 yanvar, AzərTAc
Rusiyanın Mineralnıye Vodı şəhərinin 23 yaşlı sakini Mixail Qriqoryan RF daxili qoşunlarında kontrakt üzrə xidmət edən hərbi qulluqçu Dmitri Sidorenkonu qətlə yetirməkdə şübhəli bilinib.
Rusiya Daxili İşlər Nazirliyinin Stavropol diyarı üzrə baş idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, şəhərdəki “Opera” karaoke-barında doqquz nəfərin iştirakı ilə dava düşüb. Onlardan beşi xüsusi təyinatlı döyüşçülər, dördü isə yerli sakinlər olub. Yerli sakinlərdən biri – 23 yaşlı Mixail Qriqoryan əlindəki bıçaqla Dmitri Sidorenkoya hücum edib və onun sinəsinə zərbə endirib. D.Sidorenko hadisə yerində keçinib.
Polis hadisənin mahiyyətini aydınlaşdırmaq üçün münaqişənin yerli iştirakçılarından ikisini, dörd nəfər xüsusi təyinatlını saxlayıb. Məlum olub ki, Qriqoryan bundan əvvəl qaraçı köçünə hücum etdiyinə görə məhkumluq yaşayıb.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR