“Fənərbaxça” futbol klubunun yeni transfer etdiyi portuqaliyalı futbolçu Luiş Nani bu gecə İstanbula gəlib.

ANS PRESS-in məlumatına görə, Naninin İstanbul Sabiha Gökçen hava limanında möhtəşəm qarşılama mərasimi olub. 27 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanacağı gözlənilir.

Nani, daha sonra klub televiziyasının suallarını cavablandırıb. Türkiyədə yeni bir kariyeraya başlayacağını deyən Nani, "Burada olduğum üçün həqiqətən çox xoşbəxtəm. Bunu kariyeramda yeni bir fürsət olaraq görürəm. Bu azarkeşlər qarşısında özümü göstərmək istəyirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Komandada portuqaliyalı futbolçular da var. Özümü ailəmin içindəymiş kimi hiss edəcəyəm" deyib.







Professional kariyerasına 2005-ci ildə Portuqaliyanın “Sportinq” klubunda başlayan Nani, iki mövsümdən sonra dünya nəhəngi “Mançester Yunayted” klununa transfer olunub. Yeddi mövsüm “qırmızı şeytanlar”ın heyətində forma geyinən futbolçu 147 matçda 25 qola imza atıb.Transfer haqqı İngiltərə klubunda olan Nani 2014-15 mövsümündən “Sportinq” klubunun heyətində icarə əsasında oynayır. Ulduz futbolçu 2006-cı ildən Portuqaliya milli komandasında çıxış edir və oynadığı 86 qarşılaşmada 15 dəfə rəqib qapılaraına yol tapıb.