Bildiyiniz kimi, dünən gecə saatlarında Nani İstanbula gəlmişdi.
Metbuat.az "Fənərbağça"nın rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, portuqaliyalının İstanbul klubuna keçidi bu dəqiqələrdə rəsmiləşib.
Naniylə imzalanan müqavilə 2018-ci ilə kimi nəzərdə tutulub. Onun transferi "Fənərbağça"ya 6 milyon avroya başa gəlib.
Geridə qalan mövsümü icarə əsasında "Sportinq"də keçirən Nani Portuqaliya liqasında 27 matçda meydana çıxmış, 7 qol, 6 assistlə yadda qalmışdı.