Ekstravaqant və məşhur müğənni Rianna dünən İnstagram-dakı profilində yarıçılpaq fotosunu yayıb. 27 yaşlı müğənni sinəsinə "Hermes" şərfi bağlamış və bununla da bikinini "əvəz"ləmişdi.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Riannanın yazdığına görə, ən yaxın rəfiqəsi Melissa Ford ilə birlikdə istirahətdə olub.
Axşam saatlarında isə Rianna Santa-Monika şəhərindəki "Giorgio Baldi" restoranına yollanıb.
Milli.Az




