Gəncədə yol qəzası: 7 maşın toqquşdu

Gəncədə yol qəzası: 7 maşın toqquşdu
06:16 23 Yanvar 2015
232 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncənin Nəriman Nərimanov prospektində 7 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, ağır dərəcəli sərxoş olan sürücü idarə etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında dayanan 6 avtomobili sıradan çıxarıb. Bu barədə Kəpəz TV xəbər verir.

Nəticədə avtomobillərdən üçü tamamilə yararsız vəziyyət düşüb, digər üçünə isə qismən ziyan dəyib.

Hadisəylə bağlı prospektdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qəzada xəsarət alanın olub olmaması barədə məlumat yoxdur. Hazırda polis baş vermiş qəzanın səbəblərini araşdırır.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR