Bakı, 7 iyul, AZƏRTAC
Qarışıq döyüş növləri (MMA) üzrə Avropa və dünya çempionu Zaur Hacıbabayev (93 kq-dan yuxarı) növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada təşkil olunan "M-1 Challange" turnirində idmançımız İspaniya təmsilçisi David Tralleroya texniki nokautla qalib gəlib.