Əli Babacan: Türkiyə iqtisadiyyatı neftin ucuzlaşmasından qazanıb

08:07 23 Yanvar 2015
302 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 07:34 ]

Bakı. Mahir Məmmədli-APA. Türkiyə dünya bazarlarında neftin ucuzlaşmasından qazanc əldə edib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  bu barədə Türkiyənin baş nazirinin müavini Əli Babacan Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxışı zamanı bildirib.

 

“Türkiyə neftin qiymətinin aşağı düşməsindən qazanıb. Bizim bundan ən böyük qazancımız tədiyyə balansının kəsirinin azalması oldu”, deyə Babacan qeyd edib. O əlavə edib ki, neftin ucuzlaşması ilə əlaqədar neft məhsullarının alış-verişindən tutulan vergi ödənişlərinin  azalması Türkiyə iqtisadiyyatına cüzi dərəcədə neqativ təsir edə bilər.     

 

Əli Babacanın sözlərinə görə, Türkiyə iqtisadiyyatının artım tempi 2015-ci ildə 4 faiz təşkil edəcək. Lakin bu proqnoz neftin indikindən daha yuxarı qiymətə əsaslanaraq hazırlanıb. Hazırkı qiymətlərin dəyişməyəcəyi təqdirdə isə Türkiyədə inflyasiya ildə 5 faizə çata bilər.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR