Yasamalda sərxoş sürücü qəza törədib

Yasamalda sərxoş sürücü qəza törədib
08:11 23 Yanvar 2015
398 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda sərxoş sürücü qəza törədib. Şərifzadə küçəsində baş verən qəza zamanı eyni istiqamətdə hərəkət edən Əsgər Yusifovun idarə etdiyi “Mercedes” markalı avtomobobillə, başqa bir “Mercedes” toqquşub. Toqquşmadan əvvəl Əsgər Yusifov sürəti azaldaraq Şərifzadə küçəsində qanunla nəzərdə tutulan yerdən dönmək istəyib. Bu zaman digər “Mercedes”in sürücüsü ara məsafəsini gözləmədiyindən həmin nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki maşın yararsıə vəziyyətə düşüb. Qəzaya səbəb olan avtomobilin sürücüsü hadisədən sonra avtomobilini də ərazidə qoyaraq qaçıb.

Hadisə yerində olan yol patrul xidmətinin əməkdaşlarının sözlərinə görə, qaçan sürücü sərxoş vəziyyətdə olduğu üçün, məsuliyytdən boyun qaçırmaqdan ötrü çarəni hadisə yerindən yayınmaqda görüb.

Hadisə ilə bağlı Yasamal rayon dövlət yol polis şöbəsində araşdırma aparılıb, qəzanın dəqiq səbəbləri və günahkar sürücünün şəxsiyyəti bu araşdırmalardan sonra məlum olacaq.
Mənbə
ANS PRESS Anar Qafarov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR