Zülfiyyə Türkiyə şou-biznesinə qatılanları qınadı

Zülfiyyə Türkiyə şou-biznesinə qatılanları qınadı
10:21 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Zülfiyyə Xanbabayeva Türkiyə şou-biznesinə qatılan həmkarlarını qınayıb.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan müğənni “Niyə heç vaxt sən də Türkiyə şou-biznesinə qatılmağa can atmırsan” sualına belə cavab verib:

“Türkiyə şou-biznesinə qatılanlar nə gördü ki, mən də nə görüm? Azərbaycandan kənara gedib qıraqda yazıq-yazıq dayanıb deyəcəm ki, mənə də aranızda yer verin? Ondansa getmərəm, qalaram öz vətənimdə, ən yüksək yerdə də olaram. Heç kim məndən inciməsin, Türkiyə şou-biznesi bizimkiləri qəbul etmir. Millətpərəstdirlər, özlərini çox sevirlər. İstərdim bizdə də belə olsun. Bir müğənni büdrəyən kimi hamı onu yıxıb sürüyür. Düzdür, onlarda da belə şeylər var. Amma qıraqdan gələni aralarına qoymurlar”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR