"Atletiko"nun müdafiəçisi Tobias Alderveyreld karyerasını "Tottenhem"də davam etdirəcək.

Metbuat.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı futbolçu tibbi müayinədən keçib. Daha sonra onunla 5 illik müqavilə imzalanıb.

"Tottenhem" Alderveyreldə görə 16 milyon avro ödəyib.

Alderveyreldin keçən il formasını geydiyi "Sauthempton" bu transferə görə "Atletiko"nu UEFA-ya şikayət etmək niyyətindədir.

"Tottenhem" "Atletiko"nun futbolçusunu heyətinə qatdı (FOTO)