Daha bir "Mançester Yunayted"li futbolçu karyerasını "Fənərbağça"da davam etdirə bilər.

Metbuat.az "Fotospor"a istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" MY-nun yarımmüdafiəçisi Maruan Fellainiyə elçi düşüblər. Xüsusilə də baş məşqçi Vitor Pereyra belçikalının xidmətində maraqlıdı.

Yaxın günlərdə klublar arasında danışıqların başlayacağı gözlənilir.

Xatırladaq ki, "Fənərbağça" artıq "Mançester Yunayted"in yarımmüdafiəçisi Nanini heyətinə qatıb, Robin van Persiylə isə ilkin razılıq əldə olunub.