"Mançester Yunayted"in hücumçusu Robin van Persi "Fənərbağça"ya keçməyə çox yaxındır.
Goal.az xəbər verir ki, "Sky Sports"un məlumatına görə, Superliqa təmsilçisi artıq hollandiyalı futbolçu ilə 4 illik müqaviləni razılaşdırıb.
Transferin bir neçə günə rəsmən açıqlanacağı bildirilir. Məlumatda bildirilir ki, müqavilə ilə bağlı xırda detalların həlli məsələsi qalıb.
Daha əvvəl bildirilirdi ki, transferin dəyəri 6,5 milyon avro təşkil edəcək. "Fənərbağça" bundan öncə "Mançester Yunayted"in digər futbolçusu Nani ilə münasibətlərini rəsmiləşdirib.
Milli.Az