Bankomatlarda yeni fırıldaq - FOTO

Bankomatlarda yeni fırıldaq - FOTO
12:17 23 Yanvar 2015
547 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bankomatlardan pul çıxararkən ehtiyatlı, sayıq olun. Fırıldaqçılar ATM-lərdən, yəni bankomatlardan pul çıxaran adamların yanında duraraq onların şifr və kodlarını öyrənir, sonra isə kart sahibi avtomatdan kənarlaşanda onun hesabındakı pulları asanlıqla çıxarırlar.
 
Cinayətkarlar artıq daha hiyləgər olublar. Onlar bank kartı ATM-ə daxil olunanda kart sahibinin yığdığı şifrə və kodları daha asan əldə etmək üçün mobil telefonlardan çıxarılaraq ATM-in displeyinin yuxarısına bərkidilən mini-kameralardan istifadə edirlər.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, kartın şifrəsi və kodu yığılarkən kamera bu əməliyyatı çəkir, cinayətkarlara ötürür. Bədəməllər də sonradan bu görüntülərdən yararlanaraq asanlıqla pul oğurlayırlar.
 
Kamera bankomatın displeyinin yuxarısındakı saxta panelə bərkidilir.
 
Milli.Az
 








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR