Bakı, 10 iyul, AZƏRTAC
Bank VTB (Azərbaycan) Mərkəzi Bankın tövsiyələrinə əməl edərək, bütün pərakəndə kredit məhsulları üzrə komisyon haqlarını endirib.
Bank VTB (Azərbaycan)dan AZƏRTAC-a bildiriblər ki, bu barədə bankın pərakəndə biznesin inkişafı departamentinin direktoru Tural Vəliyev bildirib.
"Valyutadan asılı olmayaraq komissiya 1 faiz təşkil edir. Eyni zamanda, komisyon haqlarının 1 faizədək endirilməsi bankın faiz dərəcələrinə təsir etməyib, bankda faizlər dəyişilməyib. Beləliklə, "Fiziki şəxslər üçün kredit" əvvəlki kimi manat və dollarla verilir. Bank 300 manatdan 11 min manatadək (və ya 300-10 500 dollar) kredit təklif edir. Krediti 6 aydan 36 aya qədər əldə etmək mümkündür. Kredit üzrə faiz dərəcəsi kreditin valyutasından asılı olaraq dəyişir: dollarla olan kreditlər üçün 28 faiz, manatla olan kreditlər üçün 30 faizdir. Bank VTB (Azərbaycan) müştərilərini düşünərək faiz dərəcələri artırmır", - deyə T.Vəliyev qeyd edib.