Bakıda müəmmalı yanğın: qəza, qətl, yoxsa intihar?

12:22 23 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı şəhərinin Qaradağ rayonunda qeydə alınıb. İkimərtəbəli binanın zirzəmisində 1 ədəd döşək yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı yanmış kişi meyidi aşkar olunub.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, yanaraq ölən şəxs tüfeyli həyat tərzi keçirirmiş. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR